AERA qlobal əməkdaşlıq platformasına qoşulub

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) təmiz enerjiyə keçiddə tənzimləyicilərin rolunu artıran qlobal əməkdaşlıq platformasına - Tənzimləyici Enerji Keçidi Akseleratoruna (RETA) qoşulub.

Renewables.az AERA-ya istinadla xəbər verir ki, BMT-nin 26-cı İqlim Dəyişikliyi Konfransı (COP26) zamanı yaradılması təşəbbüsü irəli sürülən RETA təmiz enerjiyə keçidin sürətləndirilməsi üçün enerji tənzimləyicilərinin imkanlarını genişləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, sözügedən platformanın hazırda 40-a yaxın tənzimləyici üzvü var.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *