Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib.
"Renewables.az" AERA-ya istinadən xəbər verir ki, görüşdə qurumun İdarə Heyətinin sədri Samir Axundov, IFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova, sözügedən maliyyə institutunun Avropada Dövlət-özəl sektor tərəfdaşlığı üzrə regional rəhbəri Mehita Fanny, eləcə də hər iki qurumun digər əməkdaşları iştirak ediblər.
Görüş zamanı enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər, elektrik enerjisinin ixrac imkanları, eləcə də enerji sektorunda, xüsusilə bərpa olunan enerji sahəsində əlverişli investisiya mühiti barədə ətraflı məlumat verilib. Eyni zamanda enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi yönündə fikir mübadiləsi aparılıb.
Rəylər (0):