AERA və SOCAR elektroenergetika sahəsində aparılacaq islahatları müzakirə edib

image

Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Texniki Əməliyyatlar Departamentinin təşkilatçılığı ilə “Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddinin müəyyən edilməsi” mövzusunda görüş keçirilib.

Renewables.az bu barədə AERA-ya istinadən xəbər verir.

Görüşdə “Elektroenergetika haqqında” qanunun tətbiqi ilə aparılacaq mərhələli islahatlar barədə ətraflı məlumat verilib və enerji sahəsində dövlət tənzimlənməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *