Ağdam sənaye parkında bərpaolunan enerji mənbələrindən istifadə ediləcək

image

“Ağdam sənaye parkında bərpaolunan enerji mənbələrindən istifadə ediləcək”.

“Berpaolunanenerji.az”ın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyinin Ərazilərinin Bərpası və İnkişafı şöbəsinin müdir müavini Vüsal Qarayev Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində "Ağıllı şəhər" biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, parkda bir sıra zonalar yaradılacaq: "Bura sənaye, texniki, logistika və ticarət, tikinti materiallarının satışı, sosial, qida sənayesinin logistika zonası və s. kimi zonalar daxildir.

Onun sözlərinə görə, Ağdamın potensial investorları üçün azad edilmiş ərazilərdə bir sıra investisiya layihələri mövcuddur.

Bundan başqa, SES-lərin tikilməsinin və azad edilmiş ərazilərin enerji infrastrukturunun yaradılmasının vacibliyi vurğulanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *