Təmiz enerjiyə keçid yeni imkanlar yarada bilər, yeni gəlir mənbələrini formalaşdıra bilər və bizim sistemlər adi ənənəvi enerji mənbələrindən azad olunar.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında deyib.
"Bu baxımdan bir neçə mövzu artıq müəyyən edilib. Lakin bizim qarşımızda vahid bir sual dayanır: biz sabit enerji təchizatının təmin edilməsi ilə iqlim neytrallığına necə nail olmalıyıq?
Mən metanın atmosferə atılmalarının azaldılmasının vacibliyini xüsusilə qeyd etmək istəyirəm. İstəyirəm ki, bu, bizim debatlarımızda xüsusi yer tutsun. Çünki iqlimə gəldikdə metan potensial olaraq təhlükəli maddədir və onun ətraf mühitə təsiri sürətlə arta bilər. Bu baxımdan Avropa İttifaqı bu gün məhz innovativ texnologiyalara daha çox sərmayə yatırılmasını vacib hesab edir ki, karbon qazının təsiri azalsın.
Bərpaolunan enerji mənbələrinə gəldikdə, onlar Avropanın uzunmüddətli planlarının təməl daşını təşkil edir. Bu, nəinki bizə dekarbonlaşmanı təmin etməyə, o cümlədən daha böyük bərpaolunan enerji mənbələrinin təmin edilməsinə yardım göstərəcək.
Bizim bilik və təcrübəmiz, bu sahədə atdığımız addımlar tərəfdaşlarımıza açıqdır. Məsələn, Azərbaycandan başlayaq. Hörmətli cənab Prezident, mən maraqla onu öyrəndim ki, hazırda Xəzər dənizindəki bu potensial qiymətləndirilir. Yəni, aydındır ki, həmçinin “Küləklər şəhəri” kimi tanınan Bakıda bu, Azərbaycan üçün çox böyük imkandır.
Avropa, eləcə də növbəti onillik ərzində tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirir. Biz istərdik ki, güclü hidrogen sənaye sektorumuz olsun. Avropa böyük hidrogen bazarıdır və biz üçüncü ölkələrdən idxala açığıq. Bərpaolunan enerji mənbələrinə, o cümlədən hidrogenə gəldikdə, hesab edirəm ki, regional strateji əməkdaşlıq üçün imkanlar çox genişdir.
Onu da bildirməliyəm ki, biz öz gələcəyimizi karbondan azad gələcək kimi formalaşdırırıq. Bunun üçün Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac var. Biz bu gün fikir mübadiləsi aparmalıyıq ki, qısa və uzun müddətli əməkdaşlığımız necə formalaşdırılmalıdır. Gələcəkdə bizim Məşvərət Şuramız həm də ümumi təmiz enerji məsələlərinin həllində fikir mübadiləsi aparmaq üçün faydalı platformaya çevriləcək", - Simson qeyd edib.
Rəylər (0):