AİH-də İslam İnkişaf Bankı ilə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib

image

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) rəhbər heyəti ilə İslam İnkişaf Bankı qrupunun (IDB) prezidenti Məhəmməd Süleyman Əl-Casirinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Renewables.az" bu barədə AİH-ə istinadən xəbər verir.

Görüşdə Azərbaycanın 2023-cü ilin yanvar ayında İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü də müzakirə olunub. Bu üzvlük, xüsusilə Qarabağ regionunda bərpa olunan enerji layihələrinin inkişafı üçün yeni investisiyaların cəlb edilməsi də daxil olmaqla, genişləndirilmiş ikitərəfli əməkdaşlıq üçün ölkəmizə yeni imkanlar yaradacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *