Alman şirkətləri Azərbaycanda “yaşıl enerji”dən istifadənin inkişafında və ixracında iştiraka dəvət edilib

image

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Almaniyanın “Falk Beratung” şirkətinin icraedici direktoru Thomas Falkı qəbul edib.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, görüşdə bərpa olunan enerji, o cümlədən yaşıl hidrogen və ammonyak istehsalı, ixracı sahələrində Azərbaycanda mövcud əməkdaşlıq perspektivləri haqqında məlumat verilib.

“Falk Beratung” şirkətinin timsalında Alman şirkətləri Azərbaycanda “yaşıl enerji”dən istifadənin inkişafında və ixrac planlarının reallaşdırılmasında iştiraka dəvət edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *