“Berlin Enerji Keçidi Dialoqu” konfransı çərçivəsində Almaniya enerji şirkətlərinin iştirakı ilə “Azərbaycan – neft, qaz və onların hüdudlarından kənar: gələcək enerji tərəfdaşlığı üçün perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə "Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir.
Tədbirdə enerji sahəsində VPC, “Siemens, “Berlin Wind” və digər alman şirkətləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin Almaniya Enerji Agentliyi-DENA ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafına dəstək çərçivəsində 4 pilot layihə təklifinin hazırlanması üzrə məhsuldar əməkdaşlıq edildiyi qeyd edilib. Əməkdaşlığın genişləndirilməsi üçün Almaniya şirkətləri bərpa olunan enerji layihələrində iştiraka dəvət edilib.
Dəyirmi masada şirkətləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, perspektiv layihələr barədə məlumatlar verilib və əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb.
Rəylər (0):