Energetika Nazirliyi ilə Almaniyanın enerji sahəsində fəaliyyət göstərən şirkətləri arasında onlayn görüş keçirilib.
Renewables.az Nazirliyə istinadla xəbər verir ki, onlayn görüşdə energetika nazirinin müavini Elnur Soltanov və Almaniyanın Yaşıl Keçid Biznes Platformasının nümayəndəsi Andreas Chollet açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıblar.
Daha sonra Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Aygün Zeynalova çıxış edərək ölkəmizdə yaşıl enerjiyə keçidlə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Görüşdə dekarbonizasiya, yaşıl hidrogen, yaşıl iqtisadiyyat, yaşıl enerji mövzusunda alman şirkətlərinin nümayəndələrinin məruzələri dinlənilib, iştirakçıların sualları cavablandırılıb.
Sonda tərəflər arasında bu istiqamətdə görüşlərin davam etdirilməsi razılaşdırılıb.
Rəylər (0):