“Azərbaycandan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya çatdırılması Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq”.
"Renewables.az" “Report”a istinadla xəbər verir ki, bunu 2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini Ana Birçall deyib.
“Azərbaycan enerji böhranının fəsadlarının aradan qaldırılmasında artıq bizə - Rumıniyaya və bütün Avropaya kömək edir”, - o deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələri xatırladığını bildirib.
A.Birçall vurğulayıb ki, o, Azərbaycan dövlət başçısının Avropa və xüsusilə Rumıniya üçün strateji tərəfdaş olmaq fikrinə və baxışına heyran olub: “Azərbaycan son dövrlərdə böyük kömək göstərib. Onun sayəsində qışdan sağ çıxdıq. Bu yardım olmasaydı, Avropanın nə edəcəyini bilmirəm”.
O, ölkələrimiz arasında müsbət əməkdaşlığı görməkdən çox şad olduğunu bildirib.
Rəylər (0):