AREA ilə ADNSU arasında əməkdaşlıq məsələləri müzakirə olunub

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov ilə görüşüb.

Renewables.az bu barədə AREA-ya istinadla xəbər verir.

Görüşdə ADNSU-nun Vorvik Universiteti ilə birgə “Bərpa olunan enerji mənbələri” ixtisası üzrə ikili diplom proqramı həmçinin proqram çərçivəsində yaradılacaq “Renewable energy didactic laboratory” layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihənin məqsədi Azərbaycan enerji keçidi prosesinə dəstək verməkdir. Bununla bağlı hədəf ölkənin təhsil sisteminə dəstək olmaqdır (xüsusən ADNSU-da Bərpa Olunan Enerji üzrə ikili diplomlu magistr proqramının fəaliyyətinə dəstək vermək) və beləliklə də yerli əmək bazarını bərpa olunan enerji sahəsində səriştəli işçi qüvvəsi ilə təmin etməkdir. 

Müzakirələr zamanı həmçinin, tələbələrə bərpa olunan enerji texnologiyaları, bərpa olunan enerji sistemlərinin praktiki sınaqları, dizaynı və təhlili vasitəsilə praktiki bacarıqların inkişafı, bərpa olunan enerji sahəsində tədqiqat və innovasiyaları təşviq etmək kimi vacib məsələrdən bəhs olunub, birlikdə görüləcək işlərlə bağlı konket hədəflər müəyyən olunub.

Görüşdə AREA ilə ADNSU arasında əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər də müzakirə olunub. O cümlədən, tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirməklə bağlı fikir mübadiləsi aparılıb.

AREA-nın direktoru Cavid Abdullayev ADNSU-nun, o cümlədən UFAZ-ın kompüter otaqlarını və laboratoriyalarını gəzərək universitetlə daha yaxından tanış olublar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *