AREA-nın direktor müavini Aygün Zeynalova Vyanada regional konfransda iştirak edib

image

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Aygün Zeynalova Avstriyanın paytaxtı Vyana şəhərində “EU4Energy” proqramının II mərhələsi çərçivəsində keçirilən, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) təşkil etdiyi "Avropa İttifaqının Şərq Qonşuluğunda Regional Enerji Bazarının Yaradılması" mövzusundakı regional konfransda "Cənubi Qafqazda regional bazarın çətinlikləri və perspektivləri" adlı panel müzakirələrində iştirak edib.

Renewables.az AREA-ya istinadla xəbər verir ki, çıxışda Azərbaycanda elektrik enerjisi ilə bağlı liberal bazara keçid istiqamətində həyata keçirilən islahatlar və bu yaxınlarda qəbul olunmuş “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, ölkəmizdə bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, bu sahədə mövcud ixrac potensialı barədə məlumat verilib.

Aygün Zeynalova həmçinin Avropa İttifaqı ilə aparılan enerji dialoqu çərçivəsində işlərin gedişi və əldə olunan nailiyyətlər barədə fikilərini bölüşüb. Azərbaycan təmsilçisinin çıxışı böyük maraqla dinlənilib və panel müzakirələrində təqdim olunan suallar ətraflı cavablandırılıb.

Konfransda enerji qiymətlərinin artması və bərpa olunan enerjinin inteqrasiya hədəfləri fonunda regional bazar yanaşmalarının çağırışları və imkanları müzakirə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *