Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) arasında onlayn görüş keçirilib.
Renewables.az AREA-ya istinadla xəbər verir ki, görüşdə Azərbaycanın 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilməsi ilə əlaqədar əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində IRENA tərəfindən həyata keçirilən təşəbbüslərdə və aidiyyəti platformalarda iştirakla bağlı təkliflər irəli sürülüb.
Görüşdə həmçinin geotermal enerji, bioenerji, yaşıl hidrogen, enerji keçidi və digər istiqamətlər üzrə əməkdaşlıqlar müzakirə edilib.
Rəylər (0):