Asiya İnkişaf Bankı Tacikistanda hidroenerji layihəsinin reallaşdırılmasında iştirak edəcək

image

Asiya İnkişaf Bankı (ADB) böyük ehtimalla, Tacikistanda Roğun Su Elektrik Stansiyasının (SES) reallaşdırılmasında iştirak edəcək.

Renewables.az-ın məlumatına görə, bunu ADB-nin Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov deyib.

“Roğun SES təkcə Tacikistan üçün deyil, bütün region üçün mühüm layihədir, o, təkcə yaşıl enerjinin inkişafı deyil, həm də su ehtiyatlarından istifadənin tənzimlənməsi baxımından böyük fayda verəcək", - o qeyd edib.

ADB-nin layihədə iştirakını müzakirə edərkən, Jukov bildirib ki, "biz hələ investisiya qərarına gəlməmişik, amma tezliklə iştirak edəcəyik”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *