Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri enerji şəbəkəsinin inkişafının təşviqi və səmərəli investisiya planlaşdırmasına dair təcrübələrini Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) əməkdaşları ilə bölüşüb.
Renewables.az AERA-ya istinadla xəbər verir ki, “EU4Energy” proqramının II mərhələsi - “Şərq Tərəfdaşlığı ölkələrində təmiz enerjiyə keçidin təşviqi” çərçivəsində Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) ekspertlərinin iştirakı ilə AERA mütəxəssisləri üçün seminar təşkil edilib. Seminarın əsas məqsədi təcrübə mübadiləsi ilə enerji sektorunda qanunvericilik və tənzimləyici bazalarının inkişafına töhfə vermək olub.
Üç gün müddətində davam edən seminarda CEER ekspertləri enerji şəbəkəsinin inkişafının təşviqi, eləcə də səmərəli investisiya planlaşdırması ilə bağlı beynəlxalq təcrübəni AERA-nın mütəxəssisləri ilə bölüşüb və sözügedən mövzular ətrafında iştirakçılarla birgə fikir mübadiləsi aparıblar.
Rəylər (0):