Avropa Komissiyasının Prezidenti: "Azərbaycan Aİ üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək"

image

Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.

“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə iyulun 18-də ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında ifadə edib.

"Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq", - Avropa Komissiyasının Prezidenti deyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *