Uğurla həyata keçirilən enerji siyasəti, enerji sahəsində islahatlar, böyük layihələr sayəsində Azərbaycan bu gün Avropanın etibarlı enerji təminatçısına çevrilib. Avropanın enerji təhlükəsizliyi Azərbaycanın bərpa olunan enerji təchizatı hesabına daha güclənir.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi) dənizdə isə 157 giqavatt enerji potensialı var. Bu enerjinin əldə olunması, istehsalı, ixracı böyük layihələt və investisylar tələb edir. Azərbaycan Prezidentinin məqsədyöünlü siyasəti nəticəsində ölkəmizdə münbit investisiya mühiti yaranıb. Artıq xarici investisiyaların cəlb olunması istiqamətində də danışıqlar aparılır, müqavilələr imzalanır. Bu da bizə elektrik enerjisi ixracını artırmağa geniş imkanlar yaradacaq.
Onun sözlərinə görə, Azərbaycanın bərpa olunan enerji mənbələrindən əldə etdiyi elektrik enerjisinin ixracı və bunun üçün yeni texnologiyaların tətbiqi, eyni zamanda, bu sahədə təcrübə mübadiləsi vacibdir. Azərbaycanlı mütəxəssislər müxtəlif beynəlxalq tədbirlərdə olur, ölkəmizin qabaqcıl təcrübəsini təbliğ edir və lazım olan təcrübəni öyrənirlər.
Rəylər (0):