Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Avstriya Respublikasının xarici işlər naziri Mixael Linhart ilə görüşüb.
Bu barədə "Berpaolunanenerji.az" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüşdə ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edilib. Tərəflər, alternativ enerji, nəqliyyat və tranzit, ağır sənaye sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Rəylər (0):