İşğaldan azad edilmiş ərazilərdə 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib.
Renewables.az-ın məlumatına görə, bu barədə Laçında kiçik su elektrik stansiyalarının açılışlarında “AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verərkən bildirib.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının regionun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması və hidroenerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tapşırıqlarına uyğun olaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən üç ildən az bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib.
Rəylər (0):