“Azalternativenerji” MMC üzrə elektrik enerjisi istehsalı 14 faizə yaxın artıb

image

Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Azalternativenerji” MMC üzrə elektrik enerjisi istehsalında 1 171 182 kVt-saat və ya 13,69 % artım qeydə alınıb.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Hesabata əsasən, bu göstərici enerji istehsalının artırılması məqsədilə görülmüş tədbirlər nəticəsində yüksəlib.

Belə ki, “Suraxanı” Günəş Elektrik Stansiyasında (GES) 11 ədəd invertorun təmir edilərək şəbəkəyə qoşulması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə 691 645 kVt-saat artıq elektrik enerjisi istehsal olunub ki, bu da faiz göstəricisi ilə 116,23 % artım deməkdir.

Həmçinin 2022-ci ilin noyabr və dekabr aylarında əlavə olaraq 11 ədəd invertorun təmir edilərək Suraxanı GES-də və yeni alınmış 10 ədəd 70 kVt gücündə KACO BLUEPLANET 50.0 TL3-XL tipli invertorun “Samux” GES-də şəbəkəyə qoşulması müvafiq olaraq il ərzində 891 000 kVt-saat və 675 000 kVt-saat artıq elektrik enerjisi istehsalı əldə etmək imkanı yaradacaqdır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *