Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə 2030-cu ilədək nəzərdə tutduğu məqsədlər üzrə göstəricilər daha yüksək ola bilər.
"Berpaolunanenerji.az"ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Nazir müavini qeyd etdi ki, Azərbaycanın məqsədi alternativ enerji mənbələrinin elektrik enerjisinin istehsalı üzrə qoyuluş güclərində payını 2030-cu ilədək mövcud 17-dən 30%-ə çatdırılıb, lakin böyük ehtimalla bu rəqəm yüksəlişə doğru dəyişəcək.
Elnur Soltanovun sözlərinə görə, bərpa olunan enerji mənbələri bazasında yaradılan 1 meqavat generasiya güclərinin yaradılması təqribən 1 mln. ABŞ dolları ətrafında vəsait tələb edir: " Və bizim strategiyamız bunu investorlar vasitəsi ilə həyata keçirməkdir".
Nazir müavini onu da əlavə etdi ki, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı təkcə ətraf mühitinin qorunması və qabaqcıl texnologiyanın inkişafına qulluq etməyəcək, bununla yanaşı, bu, elektrik enerjisinin istehsalına istifadə edilən təbii qazı qənaət etməyə və onun daxili bazara və ya ixraca yönəltməyə imkan verəcək.
Rəylər (0):