Azərbaycan alimləri Türkiyədə Beynəlxalq Enerji Konqresində çıxış ediblər

image

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavinləri Ramil Hüseyn və Rəşad Hüseynov Türkiyənin Nişantaşı Universitetinin təşkilatçılığı ilə keçirilən “I Beynəlxalq Enerji Konqresi”nə qatılıblar.

Renewables.az-ın İİTKM-ə istinadən verdiyi xəbərə görə, onlayn konfransın "Dünya iqtisadiyyatlarında enerjinin gələcəyi üçün hazırki inkişaflar" mözusunda panel müzakirəsində “Xəzər dənizinin Azərbaycan sektorunun yaşıl enerji resursları: potensial və gözlənilən faydalar” mövzusunda çıxışlar ediblər.

Onlar son illərdə Azərbaycanda  yaşıl enerjinin istehsalını artırmaq və ixracını həyata keçirmək istiqamətində görülən işlərdən, ölkəmizlə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsindən danışıblar. Yaşıl enerjiyə keçidin Azərbaycan və region ölkələri üçün siyasi, iqtisadi, sosial və ekoloji faydalarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *