Azərbaycan Almaniya ilə bərpaolunan enerji sahəsində əməkdaşlığı genişləndirir

image

Energetika naziri Pərviz Şahbazov Almaniya Enerji Agentliyinin (DENA) baş icracı direktoru Andreas Kulman və icraçı direktoru Kristina Haverkamp ilə görüşüb.

"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə bərpa olunan enerji sahəsində əməkdaşlıq mövzusu prioritet olub.

4 pilot layihə təklifinin hazırlanması ilə Azərbaycanda mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafı istiqamətində Agentliklə əməkdaşlıq yüksək qiymətləndirilib.

Müzakirələr zamanı pilot layihələrin tətbiqi ilə bağlı məsələlər və tövsiyələr nəzərdən keçirilib, intensiv təmasların davam etdirilməsi razılaşdırılıb.  

Bərpa olunan enerji üzrə DENA ilə əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *