Azərbaycan Belçika Krallığı ilə ikitərəfli enerji əməkdaşlığının imkanlarına dair fikir mübadiləsi aparıb

image

Energetika naziri Pərviz Şahbazov ilə Belçika Krallığının energetika naziri Tinne Van der Straeten arasında onlayn formatda görüş olub.

"Berpaolunanenerji.az"a Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə qlobal enerji gündəliyində olan məsələlər və Azərbaycanın enerji istehsalı və ixracı istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdən keçirilib. 

Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyinin təminatına növbəti perspektiv töhfəsi kimi Xəzər dənizinin külək enerjisi potensialının Şərqi Avropaya ixracı ilə bağlı planları diqqətə çatdırılıb.

Həm təbii qaz tədarükünün artırılması, həm də külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların yatırılmasının və əməkdaşlığın vacibliyi vurğulanıb. Bu istiqamətdə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əhəmiyyətindən bəhs edilib. 

Görüşdə, həmçinin Belçika Krallığı ilə ikitərəfli enerji əməkdaşlığının imkanlarına dair fikir mübadiləsi aparılıb. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *