Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri ilə görüş keçirilib

image

Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika və İqtisadiyyat fakültələrinin tələbələri ilə onlayn görüş keçirib.

"Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir ki, görüşün əsas məqsədi tələbələr üçün müvafiq sahədə informasiya əlçatanlığını asanlaşdırmaqdan ibarət olub.

Görüşdə nazirliyin və agentliyin nümayəndələri tərəfindən qurumların əsas fəaliyyət istiqamətləri, ənənəvi energetika, bərpa olunan enerji və enerji tənzimləmə sahələrində həyata keçirilən tədbirlər, həmçinin sahə üzrə yeniliklərin mütəmadi olaraq yerləşdirildiyi, azərbaycan və ingilis dillərində fəaliyyət göstərən rəsmi internet saytları və sosial media hesabları barədə ətraflı məlumat verilib. Qurumların rəsmi internet səhifələri vizual olaraq nümayiş etdirilərək, burada yer alan bölmə və alt bölmələr tələbələrin diqqətinə çatdırılıb. Eyni zamanda, müvafiq struktur bölmələrin nümayəndələri çıxış edərək iş və təcrübə imkanları, eləcə də işə qəbul qaydaları haqqında məlumat veriblər.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *