Budapeşt şəhərində Enerji Tənzimləyiciləri Regional Assosiasiyasının (ERRA) 20-ci illik konfransı keçirilib.
Renewables.az Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istinadla xəbər verir ki, konfransda AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, həmçinin 30-dan çox ölkənin enerji tənzimləyici qurumlarının nümayəndələri və enerji mütəxəssisləri iştirak ediblər.
İki gün davam edən tədbirdə dünyanın enerji bazarlarında baş verən dəyişiklik və yeniliklər, eləcə də yeni bazar paradiqmaları üzrə davamlı tənzimləmə yolları, enerji sektoru üçün mümkün yol xəritələri, həmçinin enerji keçidi dinamikası təhlil və müzakirə edilib.
Rəylər (0):