Rusiyanın "Lukoil" neft şirkəti təkcə Azərbaycandakı neft və qaz yataqları ilə maraqlanmır, alternativ enerji sahəsindəki layihələri də müzakirə olunur.
"Berpaolunanenerji.az" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Lukoil" bizim uzunmüddətli tərəfdaşımızdır, biz sıx əməkdaşlıq edirik. "Şahdəniz" bizim ilk layihəmiz deyil. "Lukoil" bu gün yalnız neft və qaz yataqlarına deyil, alternativ enerjiyə də maraq göstərir. Biz məsləhətləşirik, işləyirik", - deyə nazir bildirib.
Rəylər (0):