Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna müraciətlər arasında hidroenerji sahəsi üstünlük təşkil edir

image

Azərbaycan-Qırğızıstan İnkişaf Fonduna ünvanlanmış müraciətlərin böyük hissəsi kiçik hidroenerji sahəsinə aiddir.

Renewables.az-ın "Trend"ə istinadən məlumatına görə, bu barədə qırğız KİV-ə fondun İdarə Heyətinin həmsədri Almaz Mambetov deyib.

"Fonda göndərilən müraciətlərdə hidroenerjinin payı 29 faiz, infrastruktur layihələr isə 22 faiz təşkil edir", - o deyib.

Qeyd edək ki, 11 oktyabr 2022-ci il tarixində Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə saziş imzalandı. İlkin olaraq inkişaf fondunun nizamnamə filialı 25 milyon ABŞ dolları olub. 2024-cü ilin aprel ayında bu məbləğ 100 milyon dollara qədər artırılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *