Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın iri sahibkarları ilə görüşündə onları ölkəsinə sərmayə qoymağa dəvət edib.
“Berpaolunanenerji.az”ın məlumatına görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti bildirib.
Qırğızıstanda Azərbaycan özəl sektoru ilə əməkdaşlığa böyük marağın olduğunu deyən dövlət başçısı ölkəsində enerji sahəsinə sərmayə yatırmaq təklifini səsləndirib. Belə ki, "Qəmbərata SES-1" və bir sıra başqa strateji əhəmiyyətli orta və kiçik su elektrik stansiyalarının tikintisində iştirak etmək təklif olunub.
Rəylər (0):