Energetika naziri Pərviz Şahbazovla Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare arasında görüş keçirilib.
"Berpaolunanenerji.az"ın Nazirliyə istinadən verdiyi xəbərə görə, Energetika naziri səfiri yeni təyinatı münasibətilə təbrik edərək, fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinə, o cümlədən energetika sahəsində mövcud əməkdaşlıq münasibətlərinə toxunulub.
Görüş zamanı bərpaolunan enerji mənbələrinə keçidin əhəmiyyəti, bu istiqamətdə ölkəmizdə aparılan islahatlar, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialı, bu resurs hesabına gələcəkdə elektrik enerjisi və “yaşıl hidrogen” istehsalı planları haqqında məlumat verilib. İki ölkə arasında mövcud əməkdaşlığın “yaşıl enerji” sahəsində genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Rəylər (0):