Energetika Naziri Pərviz Şahbazov Bolqarıstan Respublikasının energetika naziri Aleksandr Nikolovun dəvəti ilə Bolqarıstana səfər edib.
"Berpaolunanenerji.az" quruma istinadən xəbər verir ki, nazir mayın 5-də paytaxt Sofiya şəhərində keçiriləcək “Cənub-Şərqi Avropada Enerji Keçidi: Enerji Təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq Nazirlərin Dəyirmi Masasında iştirak edəcək.
Bolqarıstan, Serbiya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya, Rumıniya və Ukraynanın nazir və nazir müavinlərinin qatılacağı tədbirin açılış mərasimində nazir Pərviz Şahbazovun çıxışı nəzərdə tutulur.
Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.
Rəylər (0):