Azərbaycan-Türkiyə III Enerji Forumunda mühüm sənədlər imzalanıb

image

Azərbaycan-Türkiyə III Enerji Forumunun Protokolu imzalanıb.

Renewables.az-ın məlumatına görə, tədbirdə həmçinin bir sıra mühüm sənədlər də imzalanıb.

“Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası ilə əlaqədar 2023-2025-ci illərdə “TEİAŞ” və “Azərenerji” ASC-nin birgə həyata keçirəcəyi Yol Xəritəsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “A-Z Czech Engineering” MMC arasında Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji mənbələri üzrə layihələrin icrası, həmçinin Naxçıvan Muxtar Respublikasında gücü 500 MVt-a qədər olan günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin Türkiyəyə ixracı üçün ötürücü şəbəkənin qurulması imkanlarının araşdırılması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “ACWA Power” şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi)” imzalanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *