Azərbaycan universitetlərində REFRESH layihəsinin məlumatlandırma günü keçirilib

image

Azərbaycan Texnologiya Universiteti (ATU) və Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu, Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşan “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Layihəsinin məlumatlandırma günləri keçirilib.

Renewables.az məlumatına görə, məqsəd layihənin ölkəmizdə bərpa olunan enerji sahəsində maarifləndirməni artırmaqla Azərbaycanda yaşıl enerjiyə keçid dövrünü yaxşılaşdırmaq, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etməklə ali təhsil müəssisələrində müvafiq sahə üzrə mövcud potensialı artırmaqdır.

Layihənin koordinatoru Azərbaycan Dövlət İqtisad Universitetidir. 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtaliyanın Bolonya Universiteti, Danimarka Texniki Universiteti, İsveçin Kral Texnologiya İnstitutu) və 6 yerli universitet (Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti) tərəfdaş qismində çıxış edir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *