Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Əbu-Dabi Enerji Şirkətinin (TAQA) ötürülmə və paylama üzrə icraçı direktoru Ömər Abdulla Əlhaşmini və şəbəkə inkişafı və investisiyalar üzrə direktoru Qabriele Manduzionu qəbul edib.
"Renewables.az" bu barədə AERA-ya istinadən xəbər verir.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında sıx əməkdaşlıq münasibətlərinin önəmi vurğulanaraq AERA və TAQA arasında qarşılıqlı əlaqələrin qurulması, Azərbaycanda enerji sahəsində ötürücü və paylayıcı şəbəkənin inkişafı, eləcə də bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası yönündə fikir mübadiləsi aparılıb.
Rəylər (0):