Martın 15-də Bakıda keçirilən 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindən sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə birgə mətbuat konfransı keçirilib.
Bu barədə "Berpaolunanenerji.az" Nazirliyə istinadən xəbər verir.
Nazirlər yeni tikiləcək günəş elektrik stansiyasının ölkəmizin enerji sistemi üçün əhəmiyyəti, yaşıl enerji mənbələri hesabına illik elektrik enerjisi istehsalı həcminin artırılması, elektrik enerjisi üzrə qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının artırılması üzrə növbəti hədəflər, təməlqoyma mərasimi çərçivəsində imzalanmış sənədlərin əhəmiyyəti, Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında əməkdaşlıq və digər mövzularla bağlı sualları cavablandırıblar.
Rəylər (0):