Azərbaycan və İran SES-lərlə bağlı müzakirələri davam etdirir

image

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının habelə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə işlər davam etdirilib.

"Renewables.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən 2022-ci ildə görülmüş işlərə dair hesabatında bildirilir.

Hesabata əsasən, “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”in 10-cu maddəsində nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İran tərəfi ilə qarşılıqlı müzakirələr davam etdirilib.

“Ordubad” su elektrik stansiyası üzrə bu günə qədər aparılmış tikinti işləri çərçivəsində su tənzimləyici qurğunun Azərbaycan tərəfinə aid hissəsində tikinti işləri tamamlanmış, qapılar quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *