Azərbaycan və OPEC enerji tənzimləməsi üzrə əməkdaşlığı müzakirə edib

image

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun investisiyalar üzrə baş meneceri Riçard Eqobinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Renewables.az bu barədə AERA-ya istinadla xəbər verir.

Görüşdə Azərbaycanın energetika sektorunda həyata keçirilən islahatlar, xüsusilə qanunvericilik bazasının gücləndirilməsi yönündə icra edilən tədbirlər diqqətə çatdırılıb. Eyni zamanda, enerji tənzimləmə sahəsi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri və mövcud enerji layihələrindən söz açılıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *