Azərbaycan və Özbəkistan bərpa olunan enerji üzrə Anlaşma Memorandumu imzalayıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter səhifəsində məlumat verib.
"Daşkənddə "Azərbaycan Respublikasının Energetika Nazirliyi və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu"nu imzaladıq. Bu sənəd ənənəvi və bərpa olunan enerji üzrə əməkdaşlığımızın inkişafına töhfə verəcək", - nazir qeyd edib.
Rəylər (0):