Azərbaycan və Qazaxıstan "yaşıl" layihələrin maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsini müzakirə edib

image

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) və Qazaxıstanın “DAMU” Sahibkarlığın İnkişafı Fondu "yaşıl" layihələrin maliyyələşdirilməsi ilə bağlı təcrübə mübadiləsi imkanlarını müzakirə edib.

Renewables.az SİF-ə istinadən xəbər verir ki, Fondla “DAMU” arasında onlayn görüş keçirilib.

Görüşdə SİF-in ətraf mühit, sosial və idarəetmə istiqamətləri üzrə fəaliyyəti təqdim edilib, "yaşıl" layihələrin maliyyələşdirilməsi istiqamətində görülən işlərə toxunulub. Həmçinin “DAMU”nun bu istiqamət üzrə təcrübəsi öyrənilib.

Qeyd edək ki, 2019-cu ildən etibarən SİF-lə əməkdaşlıq edən “DAMU” Qazaxıstanda KOB subyektlərinin iqtisadi inkişafını stimullaşdırmaq, onları dəstəkləmək üçün dövlətin maliyyə vəsaitlərindən effektiv istifadəni artırmaq məqsədilə fəaliyyət göstərir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *