Almaniyada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov rumıniyalı həmkarı Virgil Daniel Popesku ilə görüşüb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə azərbaycanlı nazir tviter hesabında yazıb.
Onun sözlərinə görə, görüşdə Azərbaycandan təbii qazın tədarükü və elektrik enerjisinin ixracı üzrə layihələr müzakirə edilib.
Həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Layihə üzrə İşçi Qrupu çərçivəsində atılacaq addımlar nəzərdən keçirilib. Bu layihə Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması ilə elektrik enerjisinin ixracı aspektində dəyərləndirilib.
Rəylər (0):