Azərbaycan və Tacikistan bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarını müzakirə edib

image

Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Rusiya Enerji Həftəsi" çərçivəsində Moskvada Tacikistanın enerji və su resursları naziri Daler Cuma ilə görüşüb.

Renewables.az xəbər verir ki, bu barədə Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Görüşdə Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycanın iştirakı və bərpa olunan enerji üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik", - nazir qeyd edib.

Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə neft-qaz və bərpa olunan enerji layihələrində Azərbaycan şirkətlərinin iştirak təklifləri dəyərləndirilib. Tacikistanın ölkəmizlə geniş enerji əməkdaşlığı qurmaqda maraqlı olduğu ifadə edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *