Azərbaycan və Türkiyə enerji sahəsində yeni əməkdaşlıq sənədi imzalaya bilər

image

Azərbaycanla Türkiyə arasında yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün enerji sahəsində müvafiq sənədin imzalanması vacibdir.

Renewables.az Energetika Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazovun Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməzlə görüşündə bildirilib.

Görüşdə həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə "yaşıl enerji"nin Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *