Azərbaycan və Türkiyə yaşıl hidrogen istehsalı və ixracında əməkdaşlıq edə bilər

image

Azərbaycan və Türkiyə yaşıl hidrogen istehsalı və ixracında əməkdaşlıq edə bilər.

Renewables.az xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Türkiyənin "Gas & Power" nəşrinə müsahibəsində bildirib.

Qeyd edilib ki, Azərbaycandan Türkiyəyə enerji və qaz dəhlizləri vasitəsilə hidrogen ixracı və istehsalı mümkün ola bilər. Bu da, Avropanın yaşıl hidrogen idxalı hədəfinə töhfə verə bilər. Bununla əlaqədar, ölkələrimiz arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilə bilər.

Cavid Abdullayev müsahibəsində Azərbaycanın quruda və dənizdə bərpa olunan enerji potensialı, xarici şirkət və təşkilatlarla əməkdaşlıq, dənizdə külək enerjisinin və yaşıl hidrogendən istifadənin inkişafından danışıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *