Azərbaycanda 2030-cu ilə qədər istifadəyə veriləcək bərpa olunan enerji gücü açıqlanıb

image

Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerji mənbələri sahəsində 7 GVt istehsal gücünü istifadəyə verməyi planlaşdırır.

Renewables.az xəbər verir ki, bu sözləri Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən "Caspian Energy Forum"da deyib.

“Bu həcmin 2 GVt-ı daxili bazarın təmin edilməsi, 4 GVt-ı Qara dəniz vasitəsilə Azərbaycan-Gürcüstan-Avropa “yaşıl enerji” dəhlizi ilə ixrac üçün nəzərdə tutulacaq, 1 GVt-lıq istehsal gücünü isə Naxçıvan Muxtar Respublikası üzərindən dəhliz vasitəsilə Türkiyə və Avropaya ixrac etməyi planlaşdırırıq”, - o bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *