Azərbaycanda bərpa olunan enerji istehsalı 21 % artıb

image

Yanvar-iyun aylarında Su Elektrik Stansiyaları (SES) da daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (külək elektrik stansiyaları, günəş elektrik stansiyaları, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) 205,3 mln. kVt-saat, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə Energetika Nazirliyinin təqdim etdiyi elektrik enerjisinə dair operativ məlumatlarda bildirilir.

Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt-saat artaraq 970,6 mln. kVt-saat, digər mənbələr (günəş, külək və bioenerji) üzrə isə 6,0 mln. kVt-saat artaraq 192,1 mln. kVt-saat olub.

Külək elektrik stansiyalarında 46,8 mln. kVt-saat, günəş elektrik stansiyalarında 30,7 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *