Azərbaycan Cənubi Qafqazda Almaniya üçün vacib iqtisadi tərəfdaşdır.
"Berpaolunanenerji.az"ın məlumatına görə, bunu bu gün Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "Market Analysis Azerbaijan 2022-2023" eksklüziv nəşrinin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığı baxımından Almaniya ilk növbədə bərpa olunan enerji sektorunda maraqlıdır.
"Azərbaycan təkcə neft-qaz sahəsində deyil, həm də bərpa olunan enerji sektorunda vacib tərəfdaşdır. Bu sahənin Azərbaycanda böyük gələcəyi var", - səfir deyib.
O vurğulayıb ki, hazırda Almaniya üçün Azərbaycanla həm enerji, həm də logistika və ticarət sahələrində əməkdaşlıq potensialı vacibdir.
Rəylər (0):