Azərbaycanda bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı 11 % artıb

image

Yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 59,6 mln. kVt-saat artımla 618,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter səhifəsində yazıb.

Qeyd edək ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.

Hesabat dövründə bərpa olunan enerji istehsalı ümumi elektrik enerjisi istehsalının 7 %-ni təşkil edib.

Qeyd edilir ki, su elektrik stansiyalarından 492,6 mln. kVt-saat, külək elektrik stansiyalarından 32,2 mln. kVt-saat, günəş elektrik stansiyalarından 18,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (bioenerji) isə 76,0 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *