Azərbaycanda bərpaolunan enerji istehsalı ümumi istehsalın 8 %-i təşkil edib

image

Bu ilin yanvar-may aylarında su da daxil olmaqla bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ümumi istehsalın 8 %-i təşkil edib.

"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 109,6 mln. kVt-saat artaraq 768,7 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 8,4 mln. kVt-saat artaraq 162,2 mln. kVt-saat olub.

Külək Elektrik Stansiyalarında 41,1 mln. kVt-saat, Günəş Elektrik Stansiyalarında 24,4 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 96,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *