Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azerbaijan - The German-Azerbaijani Chamber of Commerce) Alman İqtisadiyyatının Şərq Komitəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpaolunan enerji sahəsi üzrə hazırkı inkişaf istiqamətlərinə dair birgə brifinq keçirilib.
"Berpaolunanenerji.az" bu barədə BOEMDA-ya istinadən xəbər verir.
Onlayn formatda keçirilən brifinqdə açılış nitqi ilə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann iki ölkə arasında bərpaolunan enerji və digər sahələrdə əlaqələrdən danışıb.
Daha sonra BOEMDA-nın direktoru T. Əmmayev Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, son illərdə ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin artırılması sahəsində genişləndirilməsi planları üzərində mühüm işlər görülüb, qanunvericilik bazasının təkmilləşdirilməsi və eləcə də pilot layihələrin həyata keçirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.
Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə sahəsində əldə edilən uğurlar və gələcək planlara dair təqdimat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçılarının sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Rəylər (0):