2022-ci ilin yanvar-mart aylarında ötən ilin ilk 3 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 17,2 mln. kVt-saat artaraq 253,3 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 6,3 mln. kVt-saat artaraq 91,2 mln. kVt-saat olub.
"Berpaolunanenerji.az" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Külək elektrik stansiyalarında 23,3 mln. kkVt-saat, günəş elektrik stansiyalarında 12,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 55,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə SES-lərdə 239,6 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 11,7 mln. kVt-saat, GES-də 11,6 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,1 mln. kVt-saat təşkil edib.
Rəylər (0):